Ukrayna artilleriya bölməsi ABŞ-dən silah gözləyir
Amerika istehsalı olan silahlar Ukraynanın müdafiəsi üçün vacibdir – amma ABŞ-dən hərbi dəstəyin yubanması cəbhə xəttində narahatlıq yaradır. Artilleriya mərmiləri azalır, Rusiya dronları bahalı silahların ovuna çıxır. Ukrayna əsgərləri deyirlər ki, artıq silah qıtlığı gözlənən bir təhdid deyil, gerçəkləşir. AzadlıqRadiosunun müxbiri Boris Saçalko Rusiyanın hücumlarını dəf edən Ukrayna artilleriya bölməsində olub. Onlar ABŞ istehsalı "M109 Paladin" haubitsası ilə döyüşürlər.
Arxiv
-
İyul 22, 2025
Rusiya Ukrayna şəhərlərinə yenə ölümcül zərbələr endirdi
-
İyul 21, 2025
Rusiya ötən gecə Kiyevə zərbələr endirib