'Qadağalara rəğmən film çəkəcəm' - Məşhur azərbaycanəsilli rejissor

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünyaca məşhur İran rejissoru, azərbaycanəsilli Cəfər Pənahi deyib ki, qadağalara baxmayaraq, film çəkməyə davam edəcək. Yerevanda "Qızıl ərik" festivalına qatılan Pənahi bildirib ki, məhdudiyyətlərlə barışmır və daim onları aşmağın yollarını düşünür.